Güzəştli kreditləşmədə iri layihələrin payı yüksək olaraq qalır
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ildə kreditləşmə sahəsində fəaliyyətinə dair hesabatını açıqlayıb. Hesabata əsasən, güzəştli kreditləşmədə iri layihələrin payı 7,9% artıb.
2016-cı ildə Fondun vəsaiti hesabına 2.477 min layihə maliyyələşdirilib. Müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 189 mln 420,1 min manat məbləğində güzəştli kredit verilib. Bu, əvvəlki ildəkindən 59 mln manat və ya 23,8% azdır.
Əvvəlki ildə olduğu kimi, kreditlərin çoxu kənd təsərrüfatı istehsalına ayrılıb – 120,8 mln manat. SKMF-nin portfelində kənd təsərrüfatı layihələrinin (2336) xüsusi çəkisi 94%-i keçib.
Kənd təsərrüfatı emalı üzrə 22,5 mln manat məbləğində 12 layihə maliyyələşdirilib. Eləcə də sənaye məhsullarının istehsalı və emalı sahəsində 121 layihəyə 32 mln 506,3 min manat vəsait ayrılıb.
SKMF-nin məlumatında deyilir ki, 2016-cı ildə 157 mln 652 min manat ümumi məbləğdə 41 xüsusi iri kredit verilib. Həcmi 10 mln manata çatan layihələr iri hesab edilir. Onların ödənilməsi 10 ilədək çəkə bilər. л 08D
-
- Cəmiyyət
- 15 Fevral 2017 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz