Hakimiyyət ölkədən valyuta çıxarılmasına məhdudiyyət qoyur
Yanvarın 19-da parlamentin növbədənkənar iclasında ölkədən valyuta çıxarılmasını məhdudlaşdıran bir sıra qanunvericilik aktlarına dəyişiklik və düzəlişlərin qəbulu gözlənilir. Bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov parlamentin İqtisadiyat və Hüquq siyasəti komitələrinin iclasında bildirmişdi.
«Valyuta tənzimlənməsi haqqında» qanuna nəzərdə tutulan düzəlişlər investisya qoyuluşu, qiymətli kağızlar, daşınmaz əmlak və torpağın alınması məqsədilə bir il ərzində çıxarılan 50 min dollardan yuxarı valyutanın həcmindən 20% alınmasını nəzərdə tutur. Bu, müalicə, təhsil, xaricdə məhkəmə qərarının icrasına aid deyil.
E.Rüstəmov həmçinin bildirib ki, hökumət fevralın 1-dən bank əmanətlərinin sığortalanmasına məhdudiyyətin götürülməsini təklif edir. İndiyədək sığorta yalnız 30 min manat və ya dollara qədər məbləğə aid idi.
Bu dəyişikliklər «Əmanətlərin tam sığortalanması haqqında» qanunda nəzərdə tutulub. E.Rüstəmov deyib ki, manatla əmanətlər üzrə faiz dərəcəsi valyutada olduğundan yuxarı olacaq. -02D-
-
- Cəmiyyət
- 19 Yanvar 2016 10:29
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 12:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz