Hesablama Palatası dövlət büdcəsi haqqında qanun layihələrini təsdiq edib
Hesablama Palatasının 30 oktyabr tarixli kollegiya iclası 2013-cü il üçün AR dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcələri haqqında qanun layihələrini təsdiq edib. Parlamentə müraciətdə onları qanunun əsası kimi qəbul etmək tövsiyə olunub.
Bundan başqa, iclasda Ağstafa rayonunda Poylu-Xətai-Yenigün-Aşağı Göycəli kəndləri arasında avtoyolun tikintisi və Bərdə rayonunda 6 saylı uşaq bağçasının əsaslı təmiri üzrə dövlət vəsaitlərinin xərclənməsinin auditi təsdiq edilib. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyinin xətti ilə dövlət vəsaitlərinin xərclənməsinin auditi təsdiq olunub.
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.
“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir. --17D—
-
- Siyasət
- 1 Noyabr 2012 15:09
-
- İqtisadiyyat
- 1 Noyabr 2012 15:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz