Hesablama Palatası tövsiyə edir
Hesablama Palatası kənd təsərrüfatı sığortası üzrə ixtisaslaşan şirkətlər yaradılmasını təklif edir.
Həmçinin təklif olunur ki, bu növ üzrə sənədləşmə asanlaşdırılsın, dövlətin ödədiyi sığorta məbləği (50%) artırılsın və əhali arasında maarifçilik işi aparılsın.
AHP-nin məlumatına görə, bu məqsədlə az vəsait ayrılır. Belə ki, 2012-ci ildə kənd təsərrüfatı riskləri üzrə 750 min manat ayrılıb. Bunun 4,7%-dən istifadə edilib. 2013-cü ildə ayrılan 1 mln manatın 2%-dən istifadə edilib. Ötən il 1 mln ayrılıb, 2,3%, bu il 1 mln manatın 98%-dən istifadə edilib.
Hesablama Palatası 7 dekabr 2001-ci ildə yaradılıb.
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir. “İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir. --17D—
-
- İqtisadiyyat
- 7 Noyabr 2015 12:52
-
- Cəmiyyət
- 7 Noyabr 2015 13:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz