10 ayda AÇG-də 26 mln ton neft çıxarılıb
2015-ci ilin yanvar-oktyabrında “Azəri-Çıraq-Günəşli” blokundan 26 mln ton neft, 10 mlrd kubmetr səmt qazı çıxarılıb, SOCAR-ın I vitse-prezidenti Yusifzadə bildirib.
"AÇG blokunda sutkada 86,5 min ton neft və 33 mln kubmetr səmt qazı çıxarılıb. 2015-ci ilin 10 ayında “Azəri-Çıraq-Günəşli” blokundan çıxarılan neftin 65%-i və ya 17 mln ton Azərbaycanın mənfəət nefti olub", - deyə Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, hasilat başlayandan 1 noyabr 2015-ci ilə kimi AÇG blokundan hasilat 380 mln ton olub. Bunun 209 mln tonu Azərbaycanın mənfəət neftidir.
"2015-ci ilin sonuna kimi “Azəri-Çıraq-Günəşli” blokundan çıxarılan neftin həcmi 385 mln ton, 2060-cı ildə 700 mln ton olacaq",- deyə o qeyd edib.
O deyib ki, 2015-ci ilin 10 ayında Azərbaycandan 28 mln ton neft ixrac edilib. Bunun 24 mln tonu BTC ilə nəql edilib. 2015-ci ilin 1 noyabrına kimi Azərbaycan dünya bazarlarına 396 mln ton neft, o cümlədən BTC ilə 288 mln ton neft ixrac edib. —12B--
-
- Cəmiyyət
- 7 Noyabr 2015 12:33
-
- İqtisadiyyat
- 7 Noyabr 2015 12:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz