Hüquqi şəxslər 2,7% artıb
Bu ilin I rübündə Azərbaycanda 2388 hüquqi şəxs təsis edilib. İlin əvvəlindən onların sayı 2,7% artaraq 88 348-ə çatıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
İlk dəfə DSK qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin sayını açıqlayıb: 1 aprel üçün onların sayı 72 671 olub. Amma nə DSK, nə də Vergilər Nazirliyi fəaliyyət göstərən şirkətlərin sayını açıqlamır.
Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin məlumatının analizi göstərir ki, son 6 ayda qeydiyyata alınan şirkətlərin çoxunu eyni şəxslər yaradır: eyni şəxs ölkənin müxtəlif yerlərində 100 şirkət yaradıb onlara rərbərlik edir. Bunun ətraflı analizi Turan tərəfindən 2 ay öncə verilib. Amma dövlət orqanları buna reaksiya verməyib.
İnkişaf etmiş və qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda kommersiya şirkətlərinin təsisçiləri və pay bölgüsü açıqlanmır. 2012-ci iyunundan qanunvericilik aktlarına müvafiq düzəliş edilib.
2008-ci ilin yanvarından Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı «bir pəncərə» prinsipi ilə həyata keçirilir. Bunda məqsəd kommersiya subyektlərinin hüquqi formaya stimullaşdırılması idi. Amma bu, baş vermədi. Sahibkarlar hüquqi şəxs yaratmadan işləməyə üstünlük verir. Bu ilin I rübündə sahibkarlıqla məşğul olan 19 865 fiziki şəxs qeydiyyata alınıb.
Vergilər Nazirliyinin məlumatına görə, I rübdə 22 239 vergi subyekti qeydiyyata alınıb. 1 aprel üçün vergi ödəyicilərinin sayı 556 862-dir. 08D
-
- İqtisadiyyat
- 18 Aprel 2014 10:18
-
- İqtisadiyyat
- 18 Aprel 2014 10:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz