- İqtisadiyyat
- 19 Oktyabr 2012, 12:00
- 92
İdxalda avtomobillərin xüsusi çəkisi 13%-dir
Bu ilin doqquz ayında Azərbaycana 67 745 avtonəqliyyat vasitəsi gətirilib, deyə Dövlət Gömrük Komitəsində Turan-a bildiriblər. İdxal edilən avtomobillərin 86,8%-i minik avtomobilləridir.
DGK-nın məlumatına görə, ilin əvvəlindən bəyannamə qiyməti $566,7 mln olan 48 915 yeni və işlənmiş avtomobil gətirilib. Deyilən dövrdə ölkəyə 852 sərnişin avtobusu ($42,9 mln) və 7188 yük avtomobili ($171,6 mln) idxal olunub.
İlkin məlumata görə, Azərbaycanda 1 070 min avtonəqliyyat vasitəsi var. Onların yarıya qədəri son on ildə idxal olunub.
2012-ci ilin yanvar-sentyabrında Azərbaycanın idxalının 13%-i avtonəqliyyat vasitələrinin payına düşür. 08D
-
- Siyasət
- 19 Oktyabr 2012 12:00
-
- İqtisadiyyat
- 19 Oktyabr 2012 13:00
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 188
Rəy yaz