İKT barədə məqalə müəlliflərinin peşəkarlığı artır
Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalist informasiya cəmiyyətində: elektron hökumət və KİV” treninqlərinin yekunlarının təqdimatı keçirilib.
Tədbirin təşkilatçısı – “Multimedia” İnformasiya Texnologiyaları Mərkəzinin sədri Osman Gündüzün sözlərinə görə, təlim proqramı 6 ildir ki, davam edir və İKT, kibernetikanın qlobal çağırışları, informasiya təhlükəsizliyi, elektron ticarət və digər sahələri əhatə edir.
Spesifik mövzularda yazan perspektivli jurnalistlərin (əsasən 30 yaşınadək) təlimi üzrə qeyri-hökumət təşkilatının əsas tərəfdaşı və sponsoru Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Həmçinin layihənin sponsorları SINAM və ULTRA şirkətləridir.
RİTN informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev jurnalistlərə bildirib ki, bu kurslar İKT-nin inkişafı barədə informasiyanı ictimaiyyətə çatdıranların peşə səviyyəsinin artırılmasına xidmət edir.
Treninqlərin 35 iştirakçısından 28-nə sertifikatlar verilib Bundan əlavə, müsabiqədə qalib gələn altı ən yaxşı jurnalist mükafatlandırılıb. “Qlobal dünya, qlobal çağırışlar və biz” məqaləsinin müəllifi İsmayıl İsmayılov qalib olub.-17D-
-
- İqtisadiyyat
- 6 Mart 2013 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz