İlin əvvəlindən Azərbaycanın daxili bazarına neft məhsulları tədarükü 13,5% artıb
2012-ci ilin 5 ayında Azərbaycanın daxili bazarına 1,874 mln ton neft məhsulları tədarük edilib. Bu, ötən ilin yanvar-mayındakından 13,5% çoxdur. Bu barədə Dövlətstatkom məlumat verir.
Bu müddətdə ölkənin daxili bazarında 471,3 min ton avtomobil benzini, 471,2 min ton dizel yanacağı, 203,1 min ton aviasiya kerosini, 152 min ton mazut, 55,1 min ton maye qaz, 101,5 min ton neft bitumu və 420 min ton başqa neft məhsulları satılıb.
Qeyd edək ki, 2011-ci ildə daxili bazara 4,416 mln ton neft məhsulları tədarük edilmişdi. Bu, 2010-cu ildəkindən 12,6% çoxdur.
Neft məhsullarına tələbatın artımı sənayedə ondan istifadənin və ölkədə avtomobil sayının artması ilə bağlıdır. --12D--
-
- Siyasət
- 21 İyun 2012 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz