İlin əvvəlindən muzdla çalışan işçilərin sayı 1,6% artıb
2013-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfərə çatıb. Bu, yanvardakından 24 min nəfər və ya 1,6% çoxdur. Dövlətstatkomun məlumatına görə, qeyri-dövlət bölməsində fəaliyyətin nəticəsidir. Orda işçi sayı 578,6 mindən 603,3 minə (+4,2%) artıb.
Dövlətstatkomda bildiriblər ki, muzdlu işçilərin sektorial strukturu da dəyişib. Oktyabrın əvvəli üçün muzdlu işçilərin 22,4%-i təhsildə (ilin əvvəlində 22,7%), 8,7 faizi (8,8%) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 1,7 faizi (1,8%) informasiya və rabitə sahəsində, 7,3 faizi (7,5%) tikintidə çalışıb.
2012-ci ildə təhsil və səhiyyə işçiləri 2005-ci illə müqayisədə azalsa da (2,8% və 1,2%), dövlət idarəçiliyi, müdafiə və sosial təminat təşkilatlarında işçi sayı 48,2 mindən 95,6 min nəfərə artıb. Emal sənayesində deyilən dövrdə işçi sayı 104,5 mindən 97,6 min nəfərə (-6,7%) düşüb.
DSK-ya görə, 2012-ci ildə 180 275 nəfər işə qəbul edilib, 113 508 nəfər azad edilib. Bunun 3 561 nəfəri ixtisara düşüb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz