İlin əvvəlindən "Şahdəniz" qazının ixracı 10,8% azalıb
"Şahdəniz" yatağından Cənubi Qafqaz boru kəməri ilə xarici bazarlara qaz tədarükü azalır.
Belə ki, Dövlətstatkoma görə, 1 noyabr 2012-ci il üçün "Şahdəniz" yatağından bu kəmərlə 3,3 mlrd m3 qaz ixrac edilib. Bu, 2011-ci ilin eyni dövründəkindən 400 mln m3 və ya 10,8% azdır.
Cənubi Qafqaz boru kəməri ilə qaz ixracı cədvəli:
Aylar Həcm (mln m3)
Yanvar 434,7
Fevral 427,9
Mart 437,4
Aprel 300,0
May 200,0
İyun 400,0
İyul 300,0
Avqust 100,0
Sentyabr 400,0
Oktyabr 300,0
Cəmi 3300,0
Qeyd edək ki, 2011-ci ildə Cənubi Qafqaz Boru kəməri ilə xarici bazarlara 4,5 mlrd m3, 2010-cu ildə 4,9 mlrd m3, 2009-cu ildə 4,9 mlrd m3 qaz göndərilib.
Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə "Şahdəniz" yatağından çıxarılan qaz ixrac edilir. Onun alıcıları BOTAS (Türkiyənin şərq rayonları üçün), BTC Co. (Gürcüstan və Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan kəmərinin nasos stansiyaları üçün) və Gürcüstan Qaz Korporasiyasıdır (Gürcüstanın daxili bazarı üçün regional qiymətlərlə alır). "Şahdəniz" qazını Azerbaijan Gas Supply Company şirkəti satır. --12B—
-
- İqtisadiyyat
- 20 Noyabr 2012 11:34
-
- Siyasət
- 20 Noyabr 2012 12:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz