İlin I yarısında Azərbaycanın dövlət büdcəsi böyük profisitlə icra edilib
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi 1024 mln manat profisitlə icra edilib.
“Altı ayda büdcə gəlirləri 8134 mln olub və proqnozu 6,2% keçib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 2525 mln və ya 45% çoxdur. Xərclər 91,4% icra edilib və 7110 mln manat olub”, - deyə 11 iyulda hökumətin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, Vergilər Nazirliyinin xətti ilə xəzinəyə 2968 mln manat, o cümlədən qeyri-neft sektoru hesabına 1663 mln manat və ya 55% daxil olub. Gömrük Komitəsi proqnozun öhdəsindən gəlib və büdcəyə 557 mln manat köçürüb. Neft Fondundan transfert 4592 mln manat, büdcəyə başqa mədaxillər 17 mln manat təşkil edib.
Xərclərin strukturunda 2300 mln və ya 32,3% sosialyönlü tədbirlərin payına düşüb. Bu, ötən ilin eyni dövründəkindən 370 mln manat və ya 19,2% çoxdur. --15D--
-
- İqtisadiyyat
- 12 İyul 2012 18:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz