"Azəryolservis" üçün məsləhətçi
"Azəryolservis" Bakı-Şamaxı avtomobil yolunun 45-91 km-dəki hissəsinin genişləndirilməsinə texniki nəzarət üçün məsləhətçi seçir. Bunun üçün müsabiqə elan edilib. Təşkilat yolun 4 zolaqlıya çatdırılmasına peşəkar müşahidə həyata keçirməlidir. Həmçinin bu yolun 0-15 km hissəsində təhlükəsizliyin təkmilləşdirilməsinə nəzarət də icra ediləcək.
Sazişin müddəti 2 ildir, nöqsanların aradan qaldırılması üçün mühəndislik funksiyalarına da o qədər vaxt ayrılıb. Seçim Dünya Bankının proseduru üzrə olacaq. Ərizələr üçün son müddət 26 iyuldur.
Qeyd edək ki, bu ilin mayın 25-də Dünya Bankının Direktorlar Şurası avtomobil yollarının yaxşılaşdırılması üzrə üçüncü layihənin həyata keçirilməsi üçün Azərbaycana 241,6 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit iki hissədən ibarətdir. 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə, daha 70 milyon dollar isə Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. $356,15 mln-luq layihənin qalan vəsaitlərini yerli hökumət ödəyəcək.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu müddətdə ölkə $3 mlrd kredit alıb. Avtomobil yollarının tikintisinə $415 mln-luq 3 kredit ayrılıb. --17D—
-
- İqtisadiyyat
- 12 İyul 2012 18:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz