İlin sonu üçün mebel üzrə 9 milli standart təsdiq üçün təqdim ediləcək
Bu ilin sonu üçün mebel üzrə 9 milli standart təsdiq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) təqdim ediləcək. Bu barədə qərar "Mebel sənayesi məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (TK 14) fəaliyyət planı razılaşdırılan zaman qəbul edilib.
SMPDK mətbuat xidmətində Turan-a bildiriblər ki, ilkin olaraq təhsil müəssisələrində istifadə olunan stol-stullar, uşaq çarpayısı, ofis mebeli və s. üzrə standartlar hazırlanacaq.
Standartlar gigiyenik və funksional parametrləri əhatə edir.
Funsional standartlar insanın antropometrik xüsusiyyətlərinə əsaslanır, müxtəlif insanlar üçün rahatlığı müəyyən edir. Gigiyenik standartlarda insan sağlamlığı ilə bağlı amillər nəzərə alınır. Ekspertlərə görə, uşaq mebelei hazırlananda gigiyenik standartların nəzərə alınması daha vacibdir, çünki məhz uşaq orqanizmi, dayaq-hərəkət aparatı pis mebeldən daha çox əziyyət çəkir.
TK 14-ün sədri vəzifəsinə “Embawood” şirkətinin “İdeal Dizayn” ofis mebeli satışı müdirliyinin direktoru Azad Həmdullazadə təyin edilib. Komitəyə həmçinin sənaye və energetika, ekologiya və təbii ehtiyatlar, səhiyyə nazirliklərinin, Memarlıq və İnşaat İnstitutunun, “Keyfiyyət Assosiasiyası” ictimai birliyinin, “Bazar Ticarətinin İnkişafı” gənclər assosiasiyasının təmsilçiləri daxildir. --08D—
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 13:55
-
- Cəmiyyət
- 5 Oktyabr 2012 16:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz