Üç rübdə birja valyuta dövriyyəsi 15,4% azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2012-ci ilin sentyabrında $40,477 mln və ya 31,785 mln manat olub.
Bu, ötən ayla müqayisədə 55,6%, 2011-ci ilin sentyabrı ilə müqayisədə də 29,8% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $1,557 mln, orta günlük dövriyyə $2,024 mln olub.
2011-ci ilin sentyabrında BBVB valyuta bölməsinin hərraclarında 9 bank iştirak edib. Hesabat ayında BEST-də 40 hərrac sessiyası keçirilib və 26 əqd qeydiyyata alınıb.
Üç rübdə birja valyuta dövriyyəsi 541,25 mln manat ekvivalenti olub. Bu, ötən ilin eyni dövründəkindən 15,4% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında dəyişməyib və 1 USD üçün 0,7846 olub. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7853 AZN təşkil edib. --15B--
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz