- İqtisadiyyat
- 2 Oktyabr 2012, 16:16
- 222
İlkin səhm bazarında əməliyyat həcmi dörd dəfə artıb
2012-ci ilin yanvar-avqustunda Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7899,53 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 38,8% çoxdur.
Avqustda birja dövriyyəsi 863,2 mln manat olub.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 91,9%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin artımı 39,8% artan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 33,7%, repo əməliyyatlarla əqdlər 46% artıb.
Korporativ qiymətli kağızlar bazarı 28% artıb. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 65,5%, onlarla təkrar əməliyyat həcmi 15,7% azalıb. İlkin səhm bazarında 4,1 dəfə artım, təkrar bazarda 42% artım olub. İlkin bazarda əqd sayı 114-dən 122-yə artıb, təkrar bazarda 2715-dən 2589-a azalıb. --15D—
-
- Cəmiyyət
- 2 Oktyabr 2012 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz