İnvestorların hüquqlarının müdafiəsi üzrə nəzarətin həyata keçirilməsi qaydaları ləğv edilib
Azərbaycan Respublikasinin Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin qərarı ilə (http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=32034) 2000-ci ildən qüvvədə olan "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında qanun pozuntularının aradan qaldırılması və investorların hüquqlarının müdafiəsi üzrə nəzarətin həyata keçirilməsi Qaydaları"nı ləğv edib.
Qərar dekabrın 19-da qəbul edilib və 30-da qüvvəyə minib.
Bir qayda olaraq QKDK investorların hüquqlarını bərpası üçün tədbir görəndə bu sənədə əsaslanırdı. Bundan sonra bu qurum investorların hüquqlarını müdafiə edəndə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunu (29 avqust 2013-cü ildə qüvvəyə minib), eləcə də «Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında» (26 oktyabr 2000-ci il) qanunu rəhbər tutacaq.
2014-cü ilin yanvar-noyabrında QKDK 353 sahibkarlıq subyektində investorların hüquqlarının pozulması faktı üzrə cərimə sanksiyaları tətbiq edib. Cərimələrin ümumi məbləği 432,5 min manat olub. Bu, 2013-cü ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur. 08B
-
- İqtisadiyyat
- 6 Yanvar 2015 11:41
-
- Siyasət
- 6 Yanvar 2015 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz