Iqtisadçı ekspert: bank sistemində böhran artır
Bu gün Sputnik Azərbaycan mətbuat mərkəzində Mərkəzi Bankın vəsait cəlb edilməsi ilə bağlı depozit hərracı keçirilməsi qərarı ilə bağlı “dəyirmi masa” keçirilib. Bir gün əvvəl AMB ilk depozit hərracında
129 mln manat cəlb edib. Hərracda orta ölçülmüş faiz dərəcəsi 6,49% olub. Bu, yeni inkişaf zolağı üçün normaldır.
Banklarla bağlı nə baş verir? Ekspert Samir Əliyevin fikrincə, bank sektoru iqtisadiyyatın qan damardır. Xalq təsərrüfatında yaranan istənilən problem özünü ban sahəsində təzahür etdirir. Neftin ucuzlaşması da banklara təsir etdi. Ötən il iki devalvasiya nəticəsində manat ABŞ dollarına nisbətdə 100% ucuzlaşdı. İndi banklar ağır vəziyyətdədir, hətta böhran həddindədir. «Yaxın vaxtlara böhran daha da dərinləşəcək. Son vaxtlar banklar kredit verməkdə çətinlik çəkir, bu isə bank sektorunda staqnasiyaya gətirib çıxarır», - deyə o bildirib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz