İqtisadi iddialar elektron variantda qəbul ediləcək
Azərbaycan prezidenti Mülki-Prosessual Məcəlləyə edilən dəyişiklikləri təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Məcəlləyə 4.4, 138.5 və 272.4-1 maddələr əlavə edilib.
Onların birincisi iddia, ərizə və şikayətlərin yazılı forma ilə yanaşı elektron variantda verilməsini mümkünlüyünu nəzərdə tutur.
İkinci maddə məhkəmə bildirişlərinin elektron qaydada yerləşdirilməsini nəzərdə tutur. Üçüncü maddəyə əsasən, iqtisadi məsələlər üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio çəkilişi nəzərdə tutulub. Bunlar diskdə protokola əlavə edilir və iqtisadi mübahisə iştirakçılarına və onların qanuni təmsilçilərinə təqdim edilir. --17D—
-
- İqtisadiyyat
- 10 Noyabr 2016 11:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz