Leqal qastarbayterlərin sayı artıb
1 noyabr 2016-cı il tarixə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari ilin əvvəli ilə müqayisədə 19,7 faiz artaraq 33 355 nəfərə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Onların 88,3 faizi kişilər, digərləri qadınlardır.
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (15 482 nəfər), Gürcüstan (3 235 nəfər) və Rusiya (1 922 nəfər) vətəndaşları çoxluq təşkil edirlər. Ardınca Özbəkistan (1758 nəfər), Hindistan (1416 nəfər), İran (1 043 nəfər), Çin (921 nəfər), Banqladeş (859 nəfər), Pakistan (701 nəfər) gəlir. --17D—
-
- Siyasət
- 10 Noyabr 2016 11:18
-
- İqtisadiyyat
- 10 Noyabr 2016 11:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz