İqtisadiyyat və Sənaye Nazirliyinin tenderində eyni şirkət qalib gəlib
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ İqtisadiyyat və Sənaye Nazirliyi yanında fəaliyyət göstərirr) Neftçala rayonunda Sənaye Məhəlləsinin tikintisi üçün “M-NAF” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 21 mln. 823 min manatdır, Dövlət Satınalmalar Agentliyi bildirib.
Bundan öncə 2014-cü ildə Sumqayıt Kimya-Sənaye Parkı (İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyindədir) giriş və daxili avtomobil yollarının inşaını bu şirkətə etibar etmişdi. İşlər 44,7 mln. manat həcmində dəyərləndirilmişdi. Əvvəlki illərdə də tərəflər 31,6 mln. manatdan çox həcmdə bir neçə müqavilə bağlayıblar.
2013-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi bu şirkətlə ümumi məbləği 10 mln. manatdan çox həcmdə bir neçə müqavilə imzalayıb.
Azərbaycan İxracın Təşviqi və İnvestisiyalar Fondunun (AZPROMO) ehtiyacları üçün “M-NAF” şirkətinin vasitəsilə bir neçə kiçik satınalma işləri həyata keçirilib.
Bu şirkətin adı dövlət büdcəsindən maliyyələşdirilən, əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin qurumlarının maliyyələşdirdiyi layihələrdə keçir.
10 ha ərazidə Neftçala sənaye məhəlləsinin yaradılması haqda sərəncam bu ilin fevralında imzalanıb. Onun təşkili və tənzimlənməsi AİŞ ASC-yə həvalə edilib.
-
- İqtisadiyyat
- 17 Sentyabr 2015 14:25
-
- İqtisadiyyat
- 17 Sentyabr 2015 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz