2015-ci ildə neft hasilatı 700 min ton azalıb
2015-ci ilin yanvar-avqustunda Azərbaycanda kondensat da daxil neft hasilatı həcmi 27 mln 876,1 min ton olub. Ötən ilin eyni dövründə ölkədə 28 mln 552,3 min ton əmtəəlik neft çıxarılıb, deyə Dövlətstatkom bildirir.
2015-ci ilin 8 ayında əmtəəlik neft hasilatı 2,37% azalıb.
Turan agentliyinin hesablamasına görə, avqustda Azərbaycanda 3 mln 386 min ton əmtəəlik neft (sutkada 109,2 min ton) çıxarılıb. Müqayisə üçün deyək ki, 2015-ci ilin yanvarında neft hasilatı həcmi 3 mln 658,9 min ton (118,03 min ton), fevralda 3 mln 285 min (117,3 min ton), martda 3 mln 601,2 min ton (116,2 min ton) olub.
Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin proqnozuna görə, indiki templə 2015-ci ildə Azərbaycanda 41,2 mln ton əmtəəlik neft çıxarılacaq.
Rəsmi statistikaya əsasən, 2014-cü ildə Azərbaycanda 41 mln 892,9 min ton əmtəəlik neft çıxarılıb.
Turan Agentliyi xatırladır ki, ötən ilin sonunda SOCAR vitse-prezidenti Rəhman Qurbanov Bakıda konfransda 2015-ci ildə Azərbaycanda 40,7 mln ton neft çıxarılacağını bildirib. Amma o dəqiqləşdirməyib – bu, əmtəəlik neftin həcmi, yoxsa ümumi hasilat həcmidir. –12В--
-
- Siyasət
- 17 Sentyabr 2015 14:15
-
- İqtisadiyyat
- 17 Sentyabr 2015 14:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz