İqtisadiyyatda 2,8% artım olub
Bu ilin 5 ayında Azərbaycanın ümumi daxili məhsulu 2,8% artaraq 23,4 mlrd manat olub, deyə Dövlətstatkom məlumat verir.
ÜDM-də qeyri-neft iqtisadiyyatın xüsusi çəkisi (13 mlrd manat) ilin əvvəlindən 1,7% artaraq 55,4% təşkil edib. İllik hesablamada qeyri-neft iqtisadiyyatı 8,3% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə neft iqtisadiyyatında 3,6% azalma olub.
ÜDM strukturunda istehsal sahələrinin payı 61,2%, xidmətlərin payı 31,7%, məhsula və idxala xalis vergilərin payı 7,1% olub. İstehsal ÜDM-i əsasən tikinti hesabına (+17,3%) artıb. Hasilat (9 536 mln manat) və emal sənayesində ÜDM (961 mln) 2,8% və 2,4% azalıb.
İlin əvvəlindən ümumi daxili məhsulun əhalinin hər nəfərinə dusən həcmi 2499,8 manat (3187,4 ABS dolları) olub. Bu, ötən ilin yanvar-mayından 1,7% çoxdur. Regionlarda adambaşına ÜDM Naxçıvanda daha yüksəkdir – 1797,3 manat. 08D
-
- İqtisadiyyat
- 19 İyun 2014 12:57
-
- Cəmiyyət
- 19 İyun 2014 13:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz