İran Azərbaycanla ticarət dövriyyəsinin artmasından məmnundur
19-21 sentyabrda Bakıda «Iran Project-2016» sərgisi keçiriləcək. Sərgidə 50-dən çox İran şirkəti iştirak edəcək.
İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə bugünkü mətbuat konfransında məlumat verib ki, sərgi neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrədir.
O əlavə edib ki, sərgi çərçivəsində sentyabrın 20-də Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək
Ticarət attaşesinin sözlərinə görə, Azərbaycandan İrana ixracın həcmində də artım olduğunu deyib. "Əgər ötən il (onların təqvimi ilə 21 mart 2015 – 21 mart 2016) Azərbaycandan İrana $15 mln dəyərində mal ixrac edilibsə, bu rəqəm cari ilin son 3 ayı ərzində əldə olunub"
M.İ.Nağızadənin sözlərinə görə, son dörd ay ərzində İran Azərbaycana $178,5 mln məbləğində mal ixrac edib. --17D—
-
- İqtisadiyyat
- 7 Sentyabr 2016 13:45
-
- Cəmiyyət
- 7 Sentyabr 2016 15:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz