İri dövlət şirkətləri üzərində nəzarət sərtləşdirilir
Nazirlər Kabineti fiskal davamlılığın təmin edilməsi, gəlirlər və xərclər smetalarının faktiki və proqnoz göstəricilərinin təhlil edilməsi və onların icrası üzərində nəzarətin gücləndirilməsi üçün iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları barədə qərar qəbul edib.
Gəlirlər və xərclər smetaları baş nazirin müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi xüsusi komissiya nəzarət və təsdiq edəcək.
Siyahıya SOCAR, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişiq” ASC, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC, «Bakı Metropoliteni» QSC, «Meliorasiya və Su Təsərrüfatı» ASC, « Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC, “Azərkosmos” ASC, “Aztelekom” MMC, “Azərpoçt” MMC və «Bakı Telefon Rabitəsi» İB daxil edilib.
Bu təşkilatlar növbəti il noyabrın 1-dək gəlirlər və xərclərin ilkin smetalarını Komissiyanın Katibliyinə təqdim etməlidir. Smetalar noyabrın 1-dən gec olmayaraq təsdiq edilməlidir. Bu smetaların icrası üzrə rüblük hesabatlar da Komissiyaya təqdim edilməlidir. 08D
-
- İqtisadiyyat
- 9 Yanvar 2017 16:03
-
- Cəmiyyət
- 9 Yanvar 2017 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz