Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırma 47% artıb
2016-cı ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırma 2015-ci illə müqayisədə 47% artaraq 4,5 mln tona çatıb, deyə limanın məlumatında bildirilir.
Turan-ın məlumatına görə, yükaşırmanın 87 faizi tranzit yükaşırmanın payına düşüb.
Ən böyük artım irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23 min 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib.
Bunların 13 min 791 ədədi (58,3 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41,7 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5 faiz artaraq 17 min 100 TEU təşkil edib.
Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5 faiz) artaraq 1 milyon 575 min tona çatıb.
Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4 faiz artaraq 36 min 896 ədədə çatıb. Bunlardan 11 min 109 vaqon (30,1 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 25 min 787 (69,9 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-cı ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 418,1 min ton olub. 71D
-
- İqtisadiyyat
- 9 Yanvar 2017 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz