İyulda avtomobil idxalı 14,4% azalıb
Bu ilin iyulunda Azərbaycana 1836 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Bu, iyundakından (2145) 14,4% azdır. Bu barədə Gömrük Komitəsi məlumat verir.
Mütəxəssislərin fikrincə, azalmanın bir neçə səbəbi var: neft gəlirlərinin, işgüzar aktivliyin, əhalinin gəlirlərinin azalması, ilin əvvəlindən avtomobil idxalına aksiz dərəcələrinin artırılması və s.
İlin əvvəlindən 19 467 avtomobil tədarük edilib. Bu, ötən ilin 7 ayındakından 18 871 ədəd azdır.
Deyilən dövrdə xaricdən 17345 ədəd minik avtomobili alınıb, bu, ötən ilin yanvar-iyulundakından iki dəfə (17 273 ədəd) azdır. Avtomobillərin bir hissəsi dövlətin hesabına alınıb.
Bu il 660 avtobus alınıb. Bu, ötən ilin 7 ayındakından 3 dəfə çoxdur. Hökumət I Avropa Oyunları ilə bağlı qonaqlara xidmət üçün yüzlərlə avtobus alıb. Bunların bir hissəsi şəhərin mərkəzindən Hava Limanına gedir. Qalan avtobuslar “BakuBus” MMC-nin qarajındadır.
2012-ci ildə Azərbaycana 101 255 avtonəqliyyat vasitəsi (89 652 minik avtomobili), 2013-cü ildə 104 385 (94 879), 2014-cü ildə 63 368 (57 615) tədarük edilib.
İlin əvvəlindən Gəncə və Naxçıvan avtomobil zavodlarında 1552 avtonəqliyyat vasitəsi (traktor, kommunal texnika, yük və minik avtomobili) yığılıb.--08D—
-
- İqtisadiyyat
- 17 Avqust 2015 13:43
-
- Cəmiyyət
- 17 Avqust 2015 14:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz