Qeyri-neft ixracatı 0,4% azalıb
Bu ilin 7 ayında $987 mln məbləğində qeyri-neft-qaz malları ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 0,4% azdır. Ənənəvi ixrac mallarının həcmi (çay, qənd, bitki yağı, qara metal və s) azalıb.
Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyulunda Azərbaycanın xarici ticarət dövriyyəsi $12 mlrd 778 mln olub. Bu, ötən ilin eyni dövründəkindən 29,5% azdır. Xarici ticarət dövriyyəsinin saldosu ($2,1 mlrd) Azərbaycanın xeyrinədir.
Əmtəə ixracı ötən ilin eyni dövrünə nisbətən 43,6% azalıb və $7 mlrd 472,5 mln təşkil edib. İxracatda neft, neft məhsulları və qazın xüsusi çəkisi 86,8% olub. İxracatın 89,2%-i dövlət sektorunun payına düşür.
İlin əvvəlindən $5,3 mlrd məbləğində mal idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 8,6% çoxdur. Bu il xaricdən qara metal, nəqliyyat vasitələri, mebel, dərman preparatlarının idxalı artıb.
Dövlət strukturları xaricdə $1 mlrd manat və idxalın 19,3%-i qədər mal alıb.
Fevralda manat devalvasiya ediləndə gözlənilən nəticələrdən biri kimi yerli istehsalın və ixrac potensialının artacağı göstərilirdi. 5 ay keçsə də, bu tendensiya müşahidə edilmir. --08D—
-
- İqtisadiyyat
- 17 Avqust 2015 13:42
-
- İqtisadiyyat
- 17 Avqust 2015 13:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz