SOCAR yeni şirkət təsis edib
SOCAR mənzil-qərargahı Bakıda yerləşən “SOCAR-Absheron” şirkətini təsis edib. Direktoru Fuad Rəhimovdur.
Təsis sənədləri 8 iyulda qeydiyyata alınıb. Bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumat verir.
SOCAR-ın saytında qeyd edilir ki, (http://new.socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/TP/teqaudculer/mezunlar.html) Fuad Rəhimov 2012-ci ildə Aberdin Universitetini bitirib və beynəlxalq kommersiya hüququ üzrə magistr dərəcəsi var. Həmçinin SOCAR-dan təqaüd alıb.
Nizamnamə kapitalı 10 min manat olan “SOCAR-Absheron”un nə ilə məşğul olacağı bildirilmir.
SOCAR iyun-iyulda Azərbaycanda 2 şirkət təsis edib: “SOCAR Polymer İnvestments” (“Pahs Holding”, “Gilan Holding” “Azersun Holding” iştirakı ilə) və “SOCAR-KBR” (KBR İnc-in iştirakı ilə, Texas, ABŞ).--08D--
-
- Cəmiyyət
- 17 Avqust 2015 13:32
-
- İqtisadiyyat
- 17 Avqust 2015 13:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz