- İqtisadiyyat
- 1 İyul 2014, 13:00
- 194
İyun ayının xəbər tendensiyaları Nettrends-də
Nettrends 2014-cü ilin iyun ayı üçün bank, sığorta sektorları və mobil operatorlar haqqında Azərbaycanın xəbər saytları və çap mediasında yer alan xəbərlərin sayını elan edib.
Azərbaycanın internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2014-cü ilin iyun ayının yekunlarını açıqlayıb.
Təqdim edilən rəqəmlər müvafiq adların yerli mediada Azərbaycan, rus və ingilis dillərində 170-dən çox xəbər saytında və gündəlik qəzetlərdə dərc edilmiş məqalələrin analizinə əsasən müəyyən edilib.
İyun ayında bank sektoruna 12 %-la “Unibank” başçılıq edir. Mobil operatorlar arasında 50 %-la “Azercell”, sığorta şirkətlərində isə 12 %-la “Atasığorta” liderdir.
Qeyd edilməlidir ki, elan edilən bu statistik məlumatlar Nettrends-in hazırladığı xüsusi proqram təminatına inteqrasiya edilmiş xəbər saytlarının və izlədiyimiz qəzetlərin məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır.
"Nettrends" bütün PR işlərini "vahid pəncərə"dən idarə etməyə imkan verən xidmətdir. Xidmət həm korporativ, həm də fərdi müştərilərə təqdim olunur.
Əlavə məlumat üçün press@nettrends.az ünvanına müraciət etmək və ya telefonla (012) 511-28-72 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.
Sosialşəbəkələrdə:
facebook.com/nettrendisaz
twitter.com/nettrendsaz
linkedin.com/company/nettrends
-
- İqtisadiyyat
- 1 İyul 2014 12:45
-
- Siyasət
- 1 İyul 2014 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz