İyunda 5,5 min vergi ödəyicisi qeydiyyata alınıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 42 681, o cümlədən iyunda 5 490 vergi ödəyicisi qeydiyyata alınıb.
2014-cü il iyulun 1-i üçün qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 mini keçib. 2008-ci ilin yanvarından vergi subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipi ilə həyata keçirilir. 2011-2012-ci illərdən proses elektron rejimdə aparılır. Amma sahibkarların çoxu hüquqi şəxs yaratmadan bizneslə məşğul olur.
Bu ilin I yarısında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 593 milyon 835 min manat təşkil edib. Bunun 57%-i qeyri-neft-qaz sektorunun payına düşür. Bu sektordan vergi mədaxili ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. 08D
-
- Sual-cavab
- 9 İyul 2014 14:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz