Kapital qoyuluşunun qeyri-neft istiqaməti
Dekabrın 1-i üçün iqtisadiyyata kapital qoyuluşu 14 mlrd 693,1 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə +0,3%) təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 67,2%-i və ya 9 mlrd 870,9 mln istehsalat təyinatlı obyektlərə, 4 mlrd 822,2 mln manat xidmət sahəsində obyektlərin inşasına yönəldilib. Xarici investisiyaların xüsusi çəkisi 30% və ya 4 mlrd 400,6 mln manat olub.
Yanvar-noyabr aylarında neft sektoruna 5 mlrd 424,1 mln. manat (bütün kapital qoyuluşlarının 36,9%-i), qeyri-neft sektoruna (icrasının yoxlanması çətin olan layihələrə) 9 mlrd 269 mln. manat (bütün kapital qoyuluşlarının 63,1%-i) həcmində investisiya qoyulub.
Vəsaitlərin 73,8%-i tikinti-quraşdırma işlərinin payına düşüb - 10 mlrd 843,5 mln manat.
Dövlət müəssisə və təşkilatlarının xüsusi çəkisi 7 mlrd 628,3 mln manat (+28,4%), büdcə vəsaitləri 5 mlrd 717,1 mln manat (mənfi 17,4%) təşkil edib. Bank strukturları 494,9 mln manat (mənfi 34,3%), büdcədənkənar fondlar 304,4 mln manat (mənfi 38,3%) kapital qoyuluşu həyata keçirib. Əhalinin payı 482,2 mln manat (+ 17,6%) «başqa mənbələrin» payı 66,2 mln manat (mənfi 33,8%) olub. --17D—
-
- Cəmiyyət
- 17 Dekabr 2014 16:29
-
- Söz istəyirəm
- 17 Dekabr 2014 16:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz