«Karvansaray» mehmanxana brendi yaradılacaq

 Azərbaycanda «Karvansaray» mehmanxana brendi yaranacaq. Mədəniyyət və Turizm Nazirliyi müvafiq ticari marka üzrə tender elan edib. Tender komissiyasının telefon nömrəsi (012) 492 39 84.

Nazirliyin şöbə müdiri Fikrət Məmmədov TURAN-a bildirib ki, marka Gəncə və Şəkidə iki aktiv regional obyekt əsasında şaxələnəcək. Hələlik oraya ekskursiyaya gedirlər, perspektivdə əcnəbilər bu ərazidə yaşaya biləcək. «Bu brenddən olan mehmanxanalar başqa regionlarda da tikiləcək. Onlara bir tələb var – naxış, üslüb və xidmət metodu milli olacaq», - deyə Məmmədov bildirib. Layihənin məsləhətçisi Avstriyanın MRP Consult GmbH şirkətinin nümayəndələri 28 apreldə Bakıya gələcək.

Hələlik ştat cədvəli və digər konkret məlumat yoxdur, ancaq perspektivdə ilk yerli mehmanxana brendi mehmanxana turizmi liderləri ilə ayaqlaşmağa hazır olacaq. --17D—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti