Martda ölkədə təkrar mənzil bazarında (TMB) 1,5% artım olub. Sovetski küçəsində söküntülərlə bağlı artım tendensiyası 3 aydır davam edir.
Ötən ilin sonu ilə müqayisədə aktivlik yüksəkdir, bağlanan əqdlər də artıb. Ekspertlərə görə, 1 m2 mənzilin orta qiyməti noyabrda $1560 olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 15%, ötən dekabla müqayisədə 10% artıb.
Təklif edilən evlərin 63%-i büdcə, təmirsiz və ya orta təmirlidir. Bu dövrdə 1-2 otaqlı evlər bahalanıb. Ötən ilin sonunda Yasamal və Səbail rayonları cəlbedici idisə, indi Nərimanov, Nəsimi və Xətai rayonları birincidir. Təklif portfelində onların payı 75%-dir.
TMB-də qiymət artımının müxtəlif izahları var. Təklifin süni artan tələbata uyğun olmaması. Təkrar bazarda keyfiyyətli mənzillər azdır, - deyə «İqtisadi Təşəbbüslərə Yardım” İB-nin eksperti Samir Əliyev bildirir.
Onun sözlərinə görə, ipoteka kreditləşməsinin artımı da situasiyaya təsir dir. İpoteka uzun müddət bahalanmaya təsir edəcək, deyə ekspert düşünür.
Təkrar bazarda ən ciddi qiymət artımı (+200%) 2008-ci ildə olub. O vaxt 200 tikinti şirkəti qeydiyyata alınmışdı. Onlar çoxmərtəbəli binalar tikib bir mənzili bir neçə nəfərə satırdı.
İkinci bahalanma 2010-cu ildə olub. Bu, Füzuli, D.Əliyeva, Şəmsi Bədəlbəyli küçələrində söküntülərlə bağlı idi. Mütəxəssislərin fikrincə, nə qədər ki bu seqmenti menecerlər yox, oliqarxlar idarə edir, qiymətlər düşməyəcək..--17B—
Rəy yaz