Nuru Əhmədov ITU-nun qızıl medalına layiq görülüb
Martın 30-dan aprelin 10-dək Dubayda Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı keçirilib. Konfransda bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Konfransda ITU üzvü olan 168 ölkə, o cümlədən Azərbaycan kommunikasiya və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Konfransın plenar iclasında ITU-nun baş katibi Hamadun Tur Azərbaycan nümayəndəsi Nuru Əhmədovun Beynəlxalq Telekommunikasiya İttifaqının işinə verdiyi böyük töhfəyə görə BTİ-nin qızıl medalı və sertifikatı ilə təltif olunması barədə qərarı açıqlayıb.
Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan vətəndaşı belə beynəlxalq mükafata layiq görülür.
Nuru Əhmədov “Azevrotel” şirkətinin yaradıcısıdır, Azərbaycanda rabitə sahəsinin inkişafında böyük xidmətləri olub, Bakı Beynəlxalq Caz Fevtivalına sponsorluq edib.02В-
-
- İqtisadiyyat
- 17 Aprel 2014 12:39
-
- İqtisadiyyat
- 17 Aprel 2014 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz