Kənd Təsərrüfatı Nazirliyi yanında ETİ-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10 mln manat ayrılıb
Dövlət başçısının 17 aprel tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.
Bu vəsaitlərdən Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən Aqrar Elm Mərkəzi, onun 8 regional bölməsi və 13 elmi tədqiqat institutunun yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün istifadə ediləcək.
Sənəddə aqrar elminin yeni mərhələyə daxil olması üçün əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd edilir.
Bu il KTN bitki və toxum sortlarının yetişdirilməsi və yayılması üzrə elmi tədqiqat işləri üçün dövlət büdcəsindən 11, 4mln manat alıb. 08В
-
- İqtisadiyyat
- 20 Aprel 2015 15:49
-
- Cəmiyyət
- 20 Aprel 2015 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz