Kənd təsərrüfatının subsidiyalaşdırılması prinsipləri dəyişdiriləcək
Kənd Təsərrüfatı Nazirliyi toxumçuluq sahəsində subsidiyalaşmanın yeni mexanizmini hazırlayıb. Yaxın günlərdə hökumətə təqdim olunacaq yeni mexanizmə görə, subsidiya son məhsula görə veriləcək. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 6-da beynəlxalq donorlar ilə görüşündə bildirib.
Nazirlik baramaçılıq sahəsində subsidiyalaşma mexanizminə dair təklifləri Nazirlər Kabinetinə təqdim edib. Hər kiloqrama görə təxminən 2 manat həddində subsidiya verilməsi nəzərdə tutulub.
2007-ci ildən digər kənd təsərrüfatı sahələri üzrə subsidiyalar becərilən torpağın sahəsi nəzərə alınmaqla verilir (1 ha üçün 40 manat, buğda və düyü istehsalçıları üçün əlavə olaraq 40 manat/ha).
Nazir həmçinin qeyd edib ki, tütünçülük, pambıqçılıq və çayçılığın inkişafına da dövlət tərəfindən əlavə dəstək veriləcək.08D
-
- Siyasət
- 7 İyun 2016 12:41
-
- İqtisadiyyat
- 7 İyun 2016 13:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz