«Kiçik» özəlləşmə yavaşıyır
Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin 9 ayında özəlləşmənin gedişi barədə qısa məlumat yayıb.
Deyilən dövrdə 530 kiçik müəssisə və obyekt, qeyri-yaşayış binası, yarımçıq tikili və s. özəlləşdirilib. 2012-ci ildə bu göstərici 600-ə yaxın idi. Bu ilin 9 ayında özəlləşdirilən obyektlərin altındakı 510 torpaq sahəsi (2012-ci ilin 9 ayında 370) satılıb. Hərraclarda 30 SC-nin səhm paketi (2012-ci ilin 9 ayında 30 SC) satılıb.
ƏMDK özəlləşmə prosesinə elektron xidmətləri buraxmır. Azərbaycanda özəlləşdirmə nəzarətsizdir. Obyektlər start qiymətinə satılır. Bu qiymətlər bazar qiymətindən bir neçə dəfə ucuz olur.
ƏMDK özəlləşmədən dövlət büdcəsinə daxil olan mədaxil barədə informasiyanı açıqlamır. ƏMDK mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Turan-a deyib ki, saytda yazılandan başqa informasiay verilməyəcək.
1 oktyabr 2013-cü il üçün Daşınmaz Dövlət Əmlakı Registrində 6262 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7591 filialının (cəmi 13853) malik olduğu 150624 daşınmaz əmlakı barədə məlumatlar qeydiyyata alınıb. Bu ilin 9 ayında 9606 yeni əmlak barədə məlumatlar Registrə daxil edilib. 08D
-
- İqtisadiyyat
- 20 Noyabr 2013 14:53
-
- İqtisadiyyat
- 20 Noyabr 2013 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz