Kimə inanaq – prezidentə, yoxsa Dövlətstatkoma?
Bu gün Dövlət Statistika Komitəsi iqtisadiyyatda muzdla çalışan işçilərin sayı barədə məlumat yayıb. Sənədə əsasən, yanvarın 1-dən iyunun 1-dək “maaşdan-maaşa” işləyənlərin sayı 5,9 min nəfər artıb. Bazar günü dövlət başçısı İlham Əliyev açıqladığı rəqəm isə DSK-nın göstəricisindən 13 dəfədən çox artıqdır.
DSK-nın məlumatına görə, 2016-cı il iyunun 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olub, onlardan 891,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışır.
Beş ayda dövlət sektorunda 13,9 min nəfər işə qəbul edilib. Bu dövrdə özəl sektorda 8 min nəfər iş yerini itirib.
İyulun 10-da Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev deyib ki, 6 ayda 90 min yeni iş yeri açılıb. Bunun 78 mini daimidir. O, deyilən dövrdə 26 min iş yerinin bağlandığını bildirib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz