Kommersiya banklarının Mərkəzi Banka borcu 49,9% artıb
2016-cı ilin 11 ayı ərzində kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına borcu 2015-ci ilin analoji dövrü ilə müqayisədə 49,9% yaxud 420,8 mln manat artaraq 7 mlrd 322,2 mln manat təşkil edib.
Turan-ın məlumatına görə, 2016-cı ilin dekabrın 1-ə olan vəziyyətə görə, kommersiya banklarının Mərkəzi Banka borcu ilin əvvəli ilə müqayisədə 36,23% və ya 1 mlrd 947,2 mln manat artıb. 71D
-
- İqtisadiyyat
- 13 Yanvar 2017 13:45
İqtisadiyyat
-
Mərkəzi Bank (AMB) 13 noyabr tarixində İdarə Heyətinin qərarına əsasən "Yaşıl taksonomiya"nı təsdiqləyib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın "Asarel Energy" şirkəti ilə birgə inkişaf haqqında saziş imzalayıb. Bu şirkət Asarel Medet holdinq qrupunun bir hissəsidir. Saziş 13 noyabrda COP29 sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə imzalanıb.
-
"Saudi Electricity" şirkətinin baş direktoru Xalid əl-Hamidi və Azərbaycanın dövlət enerji şirkəti "Azərenerji"nin sədri Baba Rzayev, Bakıdа keçirilən COP29 sammitində çərşənbə günü anlaşma memorandumu (MoU) imzaladılar. Saziş Azərbaycanın Energetika Naziri ilə Səudiyyə Ərəbistanı Energetika Naziri arasında "Mavi zona"da baş tutan yüksək səviyyəli görüşdən sonra imzalanıb və Azərbaycanın enerji sisteminə bərpa olunan enerji mənbələrinin inteqrasiyasını gücləndirməyə yönəlib.
-
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru ICGB-nin baş direktoru Teodora Georgieva, COP29 sammitinin kulislərində jurnalistlərlə söhbətində, Rusiya qazının Ukrayna vasitəsilə tədarükünün dayandırılma ehtimalı fonunda Azərbaycanın və digər qaz tədarükçülərinin Avropa İttifaqı üçün kritik rolunu vurğuladı.
Rəy yaz