Ekspertlər valyuta mübadilə zamanı banklara qoyulan 4 faizlik marjanın ləğvini müsbət qiymətləndirir
Ekspertlər valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı banklara qoyulan 4 faizlik marjanın aradan qaldırılması ilə bağlı qərarı müsbət qiymətləndirir.
Turan-ın məlumatına görə, qərar qüvvəyə minməsə də, banklardan daxil olan siqnallardan görünür ki, bu, yaxın vaxtların işidir.
İqtisadçı Natiq Cəfərov «Facebook» səhifəsində yazıb ki, bunu o çoxdan təklif edirdi.
«Prezident bizi səriştəsizlikdə ittiham etsə də, tövsiyələrimizi eşidir. Bu, müsbət haldır», deyə o bildirib.
Bank eksperti Əkrəm Həsənov da 4 faizlik marjanın aradan qaldırılmasını müsbət qiymətləndirib və bunu üzən məzənnənin başlanğıcı adlandırıb.
«Bu halda AMB-nin intervensiyası nadir hallarda və qismən olacaq. Bu zaman demək olar ki, gerçəkdən üzən məzənnəmiz var», deyə o bildirib.
Onun sözlərinə görə, AMB-nin intervensiyası tez-tez olsa, üzən məzənnə olmayacaq. Amma sonuncu variant az ehtimal edilir, çünki AMB-nin bu qədər valyutası yoxdur.
İqtisadçı Samir Əliyev hesab edir ki, marjanı tam ləğv edənə qədər qısa müddətə 6-8%-ə qaldırmaq lazım idi. –71D-
-
- İqtisadiyyat
- 13 Yanvar 2017 13:01
-
- İqtisadiyyat
- 13 Yanvar 2017 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz