Könüllü həyat sığortasında daha çox tərəqqi var
Könüllü həyat sığortasında bazarda daha çox tərəqqi edən növdür. Oktyabrın 1-i üçün yığım sığortası üzrə 25,41 mln manat toplanıb, bu, ötən ilkindən 3,1 dəfə çoxdur.
Ölümdən sığorta üzrə bu il 3,76 mln, ötən il 2,03 mln manat (+46,01%) yığım olub.
Sağlamaz xəstəliklərədn müalicəyə vətəndaşlar diqqət yetirmir. Bu növ üzrə 133,8 min manat mükafat olub. Ötən il bu göstərici 84,29 min manat idi. Könüllü həyat sığortası üzrə cəmi 29,3 mln manat (ötən il 10,34 mln) toplnıb.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mükafatları 22,1 mln (ötən ilin 1 oktyabrı ilə müqayisədə +8,7%) manat olub. Yəni hər vətəndaşa 8,2 manat düşüb.
Dövlət Sığorta Nəzarəti Xidmətində vəziyyəti Turan-a şərh edərkən bildiriblər ki, həyat sığortası üzrə ixtisaslaşan şirkətlər potensialı iri korporativ müştərilərlə qaydaya salınan əlaqələr hesabına artırırlar.
Sırf könüllü həyat sığortasından danışmağa dəyməz. Maliyyə Nazirliyində hesab edirlər ki, korporativ sığorta vaxt gələcək həyat sığortasına kömək edəcək. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz