Koporativ bazarda 6% artım
Yanvarda qiymətli kağızlar bazarının korporativ seqmenti 6% genişlənərək 322,7 mln manata çatıb. Artım korporativ istiqrazların təkrar dövriyyəsinin yüksəlməsi hesabına olub, deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bildirir.
Korporativ bazarın 93,7%-i (302,6 mln manat) istiqrazların payına düşür. Korporativ istiqrazlar bazarında 2014-cü ilin yanvarı ilə müqayisədə 54% artım olub. Yanvarda iqtiqrazların yerləşdirilməsi (13 mln manat) 42% azalıb.
Səhm bazarında 81% azalma qeydə alınıb. Yeddi əqdlə 18,6 mln manatlıq səhmlər yerləşdirilib. Ötən ilin yanvarında 105 investordan 106,7 mln manat cəlb edilmişdi. Təkrar səhm bazarının həcmi 1,5 mln manat olub. Amma bu cüzi dövriyyə ötən ilin yanvarındakından 3 dəfə çoxdur. Alqı-satqı predmeti əsasən kiçik səhm paketləridir.
QKDK-nın hesabatına əsasən, yanvarda dövlət qiymətli kağızları üzrə aktivlik minimuma düşüb, onlarla repo əməliyyatlar praktik olaraq olmayıb. Əməliyyat həcmi 97% azalaraq 33,6 mln manat təşkil edib.
Törəmə qiymətli kağızlar bazarının analizi göstərir ki, investisiya alətləri təklifinin azlığı hiss edilir. Yanvarda BFB-də FOREX üzrə əqd sayı 6971 olub. Bu, korporativ və DQK seqmentlərindəkindən 14 dəfə çoxdur. Bu əqdlər üzrə əməliyyat həcmi 1,5 mlrd manatı keçib. 08D
-
- İqtisadiyyat
- 10 Fevral 2015 12:45
-
- Siyasət
- 10 Fevral 2015 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz