Korporativ QK-ın birja dövriyyəsi 5 dəfə azalıb
2016-cı ilin yanvar-noyabrında korporativ qiymətli kağızların (səhmlər və istiqrazlar) birja dövriyyəsi 396 mln manat təşkil edib. Bu, 2015-ci ilin eyni dövründəkindən 1 mlrd 652 mln manat və ya 5 dəfə azdır, deyə Bakı Fond Birjası məlumat verir.
11 ayda yerləşdirilən səhmlərin həcmi 114,6 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 57% azdır. Səhmləri 16 investor alıb. Ötən il 266,7 mln manat məbləğində səhmi 111 səhmdar almışdı.
Təkrar bazarda 3 mln manatlıq 1,9 min kiçik əqd bağlanılıb. Təkrar səhm bazarında aktivlik 41%, dövriyyə 3 dəfə azalıb.
İlin əvvəlindən şirkətlər 168,9 mln manat məbləğində istiqrazlar yerləşdirib. Bu, 2015-ci ilin eyni dövründəkindən 8,5 dəfə çoxdur. Amma investorlar korporativ istiqrazların təkrar bazarında daha az aktivlik göstərib. Korporativ istiqrazların təkrar bazarının dövriyyəsi 82,8 mln manat olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 2,8 dəfə azdır. 08D
-
- Siyasət
- 16 Dekabr 2016 18:38
-
- İqtisadiyyat
- 17 Dekabr 2016 10:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz