Körpü və yollara təhsil, səhiyyə və elmə birlikdə ayrılandan 2,5 dəfə çox vəsait yönəldilib
Milli Məclisin üzvləri ölkənin dövlət büdcəsinin sosial-investisiya yönlü olmasından (66%) məmnundurlar.
2014-cü ilin dövlət büdcəsinin müzakirəsi ilə bağlı 6 komitənin birgə iclasında elm və təhsil üzrə parlament komitəsinin sədri Şəmsəddin Hacıyev təhsil, mədəniyyət, səhiyyə, incəsənət və elmə büdcə xərclərinin artdığını qeyd edib. Onun sözlərinə görə, bu illə müqayisədə 2014-cü ildə təhsil xərcləri 1 mlrd 653 mln 445,19 min manat (+12%), səhiyyəyə 725 mln 586,17 min (+14%), elmə 146 mln 815,9 min (+15%) manat ayrılıb.
Deputat unudub ki, investisiya layihələrinə təhsil, səhiyyə və elmə birlikdə ayrılandan çox - 6 mlrd 281 mln 954,73 min manat vəsait yönəldilib
Bu nəzarətsiz və millət üçün perspektivsiz sahə büdcə vəsaitlərinin 31,3%-i “yeyəcək”. Hər il hökumət körpü və yol tikintisinə milyardlar ayırır, sonradan onlar dəfələrlə təmir edilir.
Büdcədən sosial ehtiyaclara 2 mlrd 72 mln 233,88 min manat ayrılacaq. Bunun 1,14 mlrd-ı Neft Fondundan transfertlərdir.
Əsas növlərə daxil olmayan xidmətlərə 2 mlrd 670 mln 806,78 min manat ayrılır. Bunun 538 mln-u avtomobil yollarına xidmət üçün nəzərdə tutulub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz