«KövsərBank» yəqin birləşmə gözləyir
«KövsərBank», deyəsən, daha güclü banklarla birləşəcək. Bankdan verilən məlumata görə, 17 dekabrda səhmdarların növbədənkənar ümumi yığıncağında nizamnamə kapitalının mühüm hissəsinin satılması və nizamnamədə dəyişiklik müzakirə ediləcək.
Turan əvvəllər məlumat vermişdi ki, 2013-cü ilin noyabrında QKDK nizamnamə kapitalının 10,02 mln-dan 48,02 mln manata artırılması üçün emissiya prospektini qeydiyyata almışdı.
Bu bank AMB ilə qarşıdurmadadaır. 2001 və 2010-cu illərdə Mərkəzi Bank iki dəfə ona qarşı iddia qaldırıb və hər dəfə uduzub. Əvvəllər Universalbank adı ilə fəaliyyət göstərən bankın ali hakimiyyət eşelonlarında dəstəyi var.Bankın əsas səhmdarı olan Heydər İbrahimov MM-in aqrar siyasət komitəsinin rəhbəri Eldar İbrahimovun qardaşıdır.
«KövsərBank» 1988-ci ildə yaradılıb və ölkənin yeganə islam bankıdır. --17D—
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 15:26
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 15:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz