Kredo Bank elan edilən səhm emissiyasının 85%-i yerləşdirib
"Kredo Bank" ASC-nin 200 min manatlıq səhmləri cümə axşamı Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 10 min manat olan 3 min adi sənədli adlı səhmin emissiyası ötən ilin oktyabrında qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər bir əqd çərçivəsində (bir investor) satılıb. Anderrayter ""Chelsi Kapital" MMC-dir.
Bu günə elan edilən emissiyanın 85,3%-i (25,6 mln manat) yerləşdirilib. Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır. Beləliklə, ödənilmiş nizamnamə fondu 46,44 mln manata çatıb. KredoBankın səhmdarları 11 fiziki və 2 hüquqi şəxsdir. --15B--
-
- İqtisadiyyat
- 20 Avqust 2013 12:54
-
- Siyasət
- 20 Avqust 2013 13:44
İqtisadiyyat
-
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yaxın zamanda Türkiyə və Qafqaz regionu üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) icraçı direktoru Elizabetta Falçetti başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Bakıda keçirilən görüşdə Azərbaycanın maliyyə sektorunun davamlı inkişafını gücləndirmək və ölkənin real iqtisadiyyatına maliyyə vəsaitlərinə çıxışı genişləndirmək üçün əsas təşəbbüslər müzakirə olunub. Ən vacib mövzulardan biri isə AYİB-in Azərbaycanın davam edən yaşıl keçidinə dəstəyi idi.
-
Son vaxtlar Azərbaycanda bəzi ərzaq malları bahalaşıb. Bu, Dövlət Statistika Komitəsinin (DSK) bu gün, sentyabrın 11-də yaydığı məlumatda da əksini tapıb. Orada qeyd edilir ki, avqustda iyula nisbətən daha çox düyü, mal, qoyun əti, kolbasa məmulatları, kərə, zeytun yağları, soğan bahalaşıb.
-
2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satışlar 37,2 milyard manata çatıb. İstehlakçılar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20,6 milyard manat, qeyri-ərzaq mallarına isə 16,6 milyard manat xərcləyiblər. Bu artım pərakəndə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,5% artması ilə müşayiət olunur, Dövlət Statistika Komitəsinin məlumatlarına görə.
-
2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 42,4 milyard manat dəyərində sənaye məhsulu istehsal edilib. Bununla belə, ümumi güclü göstəricilərə baxmayaraq, əsas sektorlardakı dəyişikliklər ölkə iqtisadiyyatının təkamül dinamikasını əks etdirir.
Rəy yaz