Rusiya nefti Bakı-Ceyhan kəməri ilə nəql olunacaq
“Rosneft” şirkəti ilə danışıqlar zamanı Novorossiysk-Bakı neft kəməri ilə 5 mln. ton neftin daşınması ilə bağlı razılıq əldə olunub. Bu neftin bir hissəsi Bakıda emal ediləcək, bir hissəsi Bakı-Ceyhan neft kəməri ilə Avropa bazarlarına nəql olunacaq. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində bildirib.
Bu əməkdaşlığın məqsədini açıqlayan R.Abdullayev deyib ki, “Rosneft” dünyanın ən iri şirkətlərindən biridir, hər il 200 mln. tondan çox neft hasil edir. “Bu gün iki şirkət arasında neftin qarşılıqlı satışına dair məsələlər üzrə tərəfdaşlıq qurulur”, - R.Abdullayev vurğulayıb.
Xatırladaq ki, Azərbaycan yataqlarından neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyəyə Aralıq dənizi sahillərinə nəql olunur və oradan tankerlərdə Avropa və Asiyaya daşınır.16D-
-
- İqtisadiyyat
- 20 Avqust 2013 12:40
-
- İqtisadiyyat
- 20 Avqust 2013 13:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz