Avtomobil idxalı 17,6% artıb
Bu ilin 7 ayında Azərbaycana 58 258 avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 17,6% çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə fiziki şəxslər və rəsmi təmsilçilər ölkəyə 52 673 minik avtomobili gətirib. Bu, ötən ilin eyni dövründəkindən 23,1% çoxdur.
Tikinti sektorundakı aktivlik xüsusi texnikaya tələbatı artırıb. Bu il traktor, ekskavator, buldozer və başqa motorlu nəqliyyat vasitələrinin idxalı 556 ədədə çatıb. Bu, 2012-ci ilin eyni dövründəkindən 6,1% çoxdur.
Başqa növlərin idxalı azalıb. İlin əvvəlindən 4 486 yük maşını (-19,9% ), 543 (-14,5%) avtobus və mikroavtobus gətirilib.
İctimai təşkilatlar yol-nəqliyyat infrastrukturunun aşağı səviyyəsi ilə bağlı avtonəqliyyat vasitələrinin idxalının artımından narahatdır. Ölkə avtoparkının yarısının istismar müddəti 10 ildən çoxdur. Bu isə ekologiyaya ziyan vurur. 08B
-
- Cəmiyyət
- 20 Avqust 2013 12:31
-
- İqtisadiyyat
- 20 Avqust 2013 12:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz