- İqtisadiyyat
- 18 Oktyabr 2012, 12:00
- 93
Londonda SOCAR və BP rəhbərliyi arasında görüş keçirilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər qrupu dünən Londonda BP-nin prezidenti Bob Dadli və həmin şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşmüşlər. Bu haqda BP-Azerbaijan şirkətinin mətbuat üçün açıqlamasında bildirilir.
Onlar razılaşmışlar ki, Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində SOCAR və tərəfdaşlar qrupu ilə yaxından işləməkdə davam etsinlər.
“Bu, açıq və konstruktiv bir görüş idi və qarşıda duran tapşırıq aydındır. BP Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir”, - deyə press-relizdə Dadlidən sitat gətirilir. –12D--
-
- İqtisadiyyat
- 18 Oktyabr 2012 12:00
-
- İqtisadiyyat
- 18 Oktyabr 2012 12:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz